Həzm sistemini yaxşılaşdır

Həzm sistemini yaxşılaşdır
4110 dəfə oxunub
  • A-
  • A
  • A+

Bəzən mədə narahatlığından şikayətlənirik. Yediklərimizin həzm olunmaması mədə ağrısı, ürəkbulanma yaradır. Bu, adi soyuqdəymə və ya xırda problem deyil. Mədədəki narahatlıqlar zamanla ağır xəstəliklərin yaranmasına gətirib çıxarırlar.

Axşam.az xəbər verir ki, həzmi yaxşılaşdıran məlhəmlər içməklə, böyük problemlərin qarşısını almaq mümkündür.

Bu məlhəm həzmi yaxşılaşdırır, aclığı qaydaya salır və mədədəki narahatlıqları aradan qaldırır. Məlhəmdən mütəmadi istifadə etmək mədəaltı vəzinin işini yaxşılaşdırır, qandakı xolesterini qaydasında saxlayır.

2 xörək qaşığı dəniz yosunundan (apteklərdə satılır), 1 xörək qaşığı qatırquyruğundan, 1 xörək qaşığı qoyunqırandan, 1 xörək qaşığı boymadərəndən, 1 xörək qaşığı çobanyastığından, 1 xörək qaşığı zəncirotundan, 1 xörək qaşığı qara istiotdan, 1 xörək qaşığı nanə qurusundan götürüb qarışdır, şüşə bankaya yığıb, qaranlıq yerdə saxlayın. Bütün bu otlar aptekdə satılır, qiymətləri də münasibdir. Qarışıqdan 1 xörək qaşığı götürüb, 250 ml. qaynar suya tökün. Yeməkdən sonra bu qarışıqdan için. Məlhəmdən 1 həftə hər gün istifadə edin. 1 həftə fasilə verdikdən sonra müalicəni yenidən başlayın.