II Elizabetə daha bir zərbə: Nəvəsi süd reklamına çəkildi - Video

II Elizabetə daha bir zərbə: Nəvəsi süd reklamına çəkildi -  Video
2219 dəfə oxunub
  • A-
  • A
  • A+

Krallıqdakı səlahiyyətlərini tərk edən Şahzadə Harri və həyat yoldaşı, aktrisa Meqan Markldan sonra ailədə daha bir qalmaqal yaşanıb.

Axşam.az xəbər verir ki, bu dəfə Kraliça II Elizabetanın böyük nəvəsi Piter Fillips, kral statusundan istifadə edərək Çin markası olan süd məhsullarının reklamına çəkilib.

İngiltərənin Lonqlit qəsrinin də təsəvvür olunduğu reklam kampaniyası üçün Piterə on minlərlə dollar pul mükafatı verilib.

Qeyd edək ki, Piter krallıqda heç bir səlahiyyətə malik deyil. Görüntülərdə Lonqlit qəsrinin yer almasına isə İngiltərə tərəfdən icazə verilməyib.