“Sponsorum var deyib filmə çəkilirlər” - Nahidə Orucova

“Sponsorum var deyib filmə çəkilirlər” -  Nahidə Orucova
1099 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Nahidə Orucova rejissorların onu seriallara dəvət etmədiyini açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə “Şou news”a danışan aktrisa gileylənib:

“Aktrisaya dəyər vermək lazımdır. Bu yaşda olan aktrisalar daha çox işləmək istəyir. Çalışmadıqca insan pas atır. Bizi yada salmırlarsa, onlar peşəkarlığı itirirlər. İndi baxıram seriallarımız bərbad gündədir. Ağlayırlar, gülürlər amma peşəkarlıq yoxdur. Seriallara heç çəkilmək də istəmirəm. Bədii filmlərə dəvət alıram. Onlar və teatrdakı rollarım mənə kifayət edir. “Sponsorum var deyib” seriala, filmə çəkilmək düzgün deyil”.

Nahidə Orucova müğənnilərin “aktrisalar oxuyursa, biz niyə aktrisalıq etməyək” fikrinə də münasibət bildirib:

“Aktrisa hər şeyi bacarmalıdır. Mən sabah balerina obrazını yarada bilməliyəm, tamaşaçıya o hissi verməliyəm. Aktrisa həm oynamağı, həm də oxumağı bacarmalıdır. Bu peşə hər tərəflidir”.