Moskvada Azərbaycan xalçaları sərgisi keçiriləcək

Moskvada Azərbaycan xalçaları sərgisi keçiriləcək
316 dəfə oxunub
  • A-
  • A
  • A+
Fevralın 5-dən martın 1-dək Rusiyanın paytaxtı Moskva şəhərindəki Şərq Muzeyində “Sovet Azərbaycanın əks-sədası. Xalça. Naxış. Plakat” adlı sərgi keçiriləcək.

Axşam.az “Report.az”a istinadən xəbər verir ki, ekspozisiyada tarixi hadisələrin dekorativ-tətbiqi sənətə necə təsir etdiyi əks olunacaq.

Sərgidə 40 eksponatın nümayiş ediləcəyi, bunların arasında Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından 1920-1970-ci illərin xalçaları, Mərcani Fondu tərəfindən təqdim olunan plakatlar, habelə Şərq Muzeyinin kolleksiyasından 1920-1930-cu illərə aid inqilabi naxışlar və eskizlərin olacağı qeyd edilib.

Bunlar ilk dəfə nümayiş olunacaq.