"Aygün Kazımova böyük risk etdi"

"Aygün Kazımova böyük risk etdi"
18061 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bütün müğənnilərin məni tənqid etdiyi, mənfi fikirdə olduğu vaxtda Aygün Kazımova böyük risk etdi, mənimlə duet oxudu. Peşəkarlığını göstərdi... Bunun xeyrini də gördü. Şükür edirəm ki, peşmançılıq olmadı. Aygün Kazımovadan sonra heç kimlə duet oxumadım. Kimisə aşağı səviyyədə bilmirəm. Elə ərəfədəyəm ki, tamaşaçıları düşünürəm. Deyirəm, elə müğənni seçərəm ki, tamaşaçılar qəbul etməz".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Üzeyir Mehdizadə prodüser-aparıcı Tarix Əliyevin "Youtube" layihəsi olan "Tolik ilə səmimi"də deyib. Sənətçi Xalq artisti Aygün Kazımova ilə illər əvvəl oxuduğu "Qoy bütün aləm bizdən danışsın" duetindən söz açıb.

Üzeyir onun ifasını tənqid edən sənət adamlarından bəhs edib:

"Mənim olduğum elə yerlər var ki, onlar heç vaxt orada olmayıb. Burada toyu nəzərdə tutmuram. Tək çıxışım toydan ibarət deyil. Burada tədbirləri, dəvətləri nəzərdə tuturam. Amma özümə yaraşdırmıram deyim ki, mən olan yerdə siz olmamısınız. Amma icazə vermərəm ki, kimsə məni aşağılasın.

Səhnəyə gəldiyim gündən bu sahədə qəlbimə dəyənlər çox oldu, 90 faizi etdi. Onların sırasına müğənnilər, aparıcılar, jurnalistlər, operatorlar, rejissorlar daxildir. Bu şeylərdən o qədər travma almışam ki... Məni efirə başqa adla aldadıb çağırırdılar, gedirdim, məni vururdular. Verilişdən sonra aparıcıya deyirdim ki, niyə belə edirsiz? Qayıdırdı ki, biz də pulumuzu belə qazanırıq".