Ərəb milyarderdən ayrılan kimi keçmiş sevgilisinə qayıtdı

Ərəb milyarderdən ayrılan kimi keçmiş sevgilisinə qayıtdı
3634 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rihanna sevgilisi, Səudiyyə Ərəbistanlığından olan milyarder Həsən Cəmildən ayrıldıqdan sonra uzun müddət tək qalmayıb.

Axşam.az xəbər verir ki, sənətçi keçmiş sevgilisi, reper Dreyklə yenidən bir araya gəlib. Ötən həftəsonunu birlikdə keçirən sevgililəri pərəstişkarlarından biri videoya çəkib. Onlar Nyu-Yorkda gecə klublarından birində əyləniblər.

 

Digər tərəfdən isə Cəmil artıq Rihannanı heç yerdə görmək istəmədiyini bildirib. O, Amerikanın bir çox saytı ilə əlaqə saxlayaraq, birlikdə olan fotolarının silinməsini istəyib.

 

Bu haqda məşhur portallardan birinin sahibi tvitter hesabında yazıb. O, "İndi mənə Həsən - Rihannanın keçmiş sevgilisi zəng vurub, 2017-ci ildə çəkilən fotolarını silməyimi istəyir. Düşünürəm ki, bu ayrılıq onun üçün ağır keçəcək" deyə, qeyd edib.

Qeyd edək ki, Rihanna 3 il ərəb biznesmenlə eşq yaşayıb. İfaçının hamilə olduğu belə iddia edilirdi. Cəmil dünyanın ən böyük şirkətlərindən biri olan "Toyota"nın varisidir. "Forbes"in ən çox qazananlar siyahısında adı olan Həsənin illik gəliri 1,5 milyard dollar dəyərində qiymətləndirilir.