Bu qidalarla sağlam yaşayın

Bu qidalarla sağlam yaşayın
5011 dəfə oxunub
  • A-
  • A
  • A+

Sağlam həyat tərzi yaşamaq o qədər də asan deyil. Yediyimiz qidalar, aldığımız çirkli hava orqanizmimizdə mənfi halların baş verməsinə səbəb olur.

Axşam.az xəbər verir ki, bir çox ərzaqlar sizi bəzi xəstəliklərdən qoruya bilərlər:

1. Görmə qabiliyyətini qoru
Salat + avakado
Tərəvəzlərlə və ya göyərtilərlə hazırladığınız salatın içinə avakado qatmağı unutmayın.

2. Ürəyinin qayğısına qal

Limon + yaşıl çay
Aparılan araşdırmalar nəticəsində sübut olunub ki, gün ərzində 5 stəkan içərisinə limon qatılmış yaşıl çay içmək ürəyin fəaliyyətini yaxşılaşdırır, infarkt riskini azaldır.

3. Əzgin görünməkdən yorulmusunuz
Yumurta + portağal şirəsi
Səhər bir yumurta yeyib, üstündən 1 stəkan portağal şirəsi içmək sizə gün ərzində lazımı qədər iş görmək üçün enerji verəcək.

4. İmmunitetini gücləndirin
Mal əti + kök
Kök orqanizmi A vitamini ilə təmin edəcək. Soyuqdəymədən qorunmaq üçün sizə lazım olan digər vitaminləri isə mal əti vasitəsilə ala bilərsən.

5. Dəri xərçəngindən qorunun
Kofein + idman
Mütəxəssislər sübut ediblər ki, gün ərzində kofein qəbul etmək və idmanla məşğul olmaq dəri xərçənginə yoluxma riskini 4 dəfə azaldır.