“Azərbaycanın yeni turizm rekordu”

“Azərbaycanın yeni turizm rekordu”
800 dəfə oxunub
  • A-
  • A
  • A+
Özbəkistanın UzA Milli İnformasiya Agentliyinin saytında “Azərbaycanın yeni turizm rekordu” sərlövhəli yazı yerləşdirilib.

Axşam.az “AzərTac”a istinadən xəbər verir ki, məqalədə ötən il Azərbaycana gələn turistlərin sayında artım olduğu qeyd olunub. 2019-cu ildən ölkəmizə daha çox turistin Rusiyadan gəldiyi bildirilib. Həmçinin yazıda ölkədə turizm üçün münbit şəraitin mövcudluğu, xidmət səviyyəsinin yüksəldilməsi, eləcə də turizm obyektlərinin sayının artırılması diqqətə çatdırılır.

Ötən il Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportundan çoxsaylı sərnişinin istifadə etməsi vurğulanır. Naxçıvan, Gəncə, Lənkəran və digər aeroportlardan da istifadə edən sərnişinlərin sayının nəzərə çarpacaq dərəcədə artdığı qeyd edilir.

Yazıda bu il Azərbaycana daha çox turistin gələcəyi də vurğulanır.