"Bu şəhərdə"nin konsertinə icazə verdilər

"Bu şəhərdə"nin konsertinə icazə verdilər
2771 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bu şəhərdə”nin Sumqayıtdakı konsertinə icazə verilib.

Axşam.az xəbər verir ki, bu barədə komandanın İnstaqram səhifəsində məlumat verilib.

Qeyd edək ki, ötən gün komandanın prodüseri Müşviq Abbasov konsertin təxirə salındığı bildirərək, bu sözləri demişdi:

"Artıq 15 gündür ki, Sumqayıt şəhəri İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova və onun müavini Teymur Səmədova konsertlə bağlı yazdığımız məktuba cavab gəlməyib. Teymur müəllim telefon zənglərimizə də cavab vermir. Buna görə də martın 1-i və 2-si "Bu şəhərdə"nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq.

Nəzərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tiflis və bir çox şəhərlərdə kimsə konsert verəndə həmin yerin icra hakimiyyətindən icazə almağa ehtiyac yoxdur. Sadəcə, konsert keçirəcəyin zal ilə danışıqlar olur. Sumqayıtda isə mütləq icra hakimiyyəti icazə verməlidir. Dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən "Bu şəhərdə"yə Sumqayıtda icazə vermədilər".

Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorları Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimovdur.