Bu il Niderlandın Rotterdam şəhərində keçiriləcək “Euorovision 2020” mahnı müsabiqəsində iştirak edəcək bir çox ölkələrin nümayəndələri hələ ki, bəlli olmasa da, bukmeykerlər artıq ilk proqnozlarını veriblər.

Axşam.az xəbər verir ki, bununla bağlı ilk iddialar müsabiqənin rəsmi saytında yayımlanıb.

Bukmeykerlərin səs çoxluğu ilə hazırda İtaliya cədvələ başçılıq edir.

2-ci yerdə Rusiya, 3-cü yerdə isə İsveç qərarlaşıb.

Qeyd edək ki, “Ahoy Arena”da keçiriləcək yarışmanın yarımfinalları mayın 12-də və 14-də, final isə mayın 16-da reallaşacaq.




                 

Xəbər lenti