Qışın ən məşhur və tez-tez rast gəlinən xəstəliyi qripdir. Qrip vaxtı yaranan öskürəksə, aylarla keçmir.

Axşam.az xəbər verir ki, hər hansı bir dərmandan istifadə etmək belə öskürəyin qarşısını tamamilə almır. Bəzən buna ev şəraitində hazırlaya biləcəyiniz məlhəmlər kömək ola bilər. Bunun üçün aşağıdakılardan istifadə edə bilərsiniz:

Gülxətmi kökünü qaynadıb, 40 dəqiqə saxlayın. Gün ərzində 3 dəfə 1/3 stəkan için.

1 litr isti suya 1 limonun şirəsini, 2 xörək qaşığı bal və bir az nanə əlavə edib, ağzını bağlayın. Yarım saat saxladıqdan sonra onu için.

Qış vaxtı insanların 90 %-i soyuqdəymədən və qripdən əziyyət çəkir. Bunun üçün qış aylarında zəncəfilə üstünlək vermək lazımdır. Bu bitkinin tünd-şirin və yandırıcı dadı olan kökündən hazırlanan toz virusları öldürür. Bədəndəki soyuqdəyməni tam çıxarır. Eyni zamanda onu suya limonla birlikdə qatıb içmək öskürəyin qarşısını alır.
 

 



                 

Xəbər lenti