Səməndər Rzayevin 75 illik yubileyi keçiriləcək

Səməndər Rzayevin 75 illik yubileyi keçiriləcək
495 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist, Dövlət Mükafatı laureatı Səməndər Rzayevin 2020-ci il 2 yanvar tarixində anadan olmasının 75 ili tamam olub.

Axşam.az xəbər verir ki, yanvarın 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyinə həsr olunan “Dəli yığıncağı” (C.Məmmədquluzadə) tamaşası nümayiş olunacaq və fotoşəkillərdən ibarət sərgi keçiriləcək.

Qeyd edək ki, Səməndər Mənsim oğlu Rzayev 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində aktyorluqla məşğul olub, 1964-1968-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərovdur.

O, Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərinə görə 1974-cü ildə Azərbaycan SSR Əməkdar artisti fəxri adına, 1980-ci ildə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülüb.