Kaylidən qızına möhtəşəm ad günü hədiyyəsi - Fotolar+Video

Kaylidən qızına möhtəşəm ad günü hədiyyəsi -  Fotolar+Video
3413 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən gənc milyarderi olan Kayli Cenner 2 yaşı tamam olacaq qızı Storminin ad gününü Florida ştatındakı “Disneyland”də qeyd edib.

Axşam.az xəbər verir ki, Stormini təbrik etməyə atası, repçi Travis Skott da gəlib.

Kayli qızına hədiyyə olaraq isə onunla birlikdə hazırladığı kosmetika kolleksiyasını təqdim edib.

Bununla kifayətlənməyən gənc milyarder Stormini qucaqladığı fotosunu qərbi Hollivuddakı Santa Monika və La-Sinereqa bulvarlarının kəsişməsində yerləşən böyük bilborda yerləşdirib.