Mələk serialdan ayrıldı: “Mən aktrisa deyiləm”

Mələk serialdan ayrıldı:  “Mən aktrisa deyiləm”
4376 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı-aktrisa Mələk Heydərova ARB telekanalında yayımlanan "Baldız" serialından ayrılıb.

Bu barədə Axşam.az-a açıqlamasında Mələk Heydərova özü məlumat verib.

O bildirib ki, serialın yaradıcı heyəti ilə işbirliyinə son qoyub:

"Bəli, Mələk artıq serialda olmayacaq. Bunu üzülərək deyirəm. Bundan sonra məni serial və filmlərdə görməyəcəksiniz. Bu da mənim şəxsi istəyim və sağlamlığımla bağlıdır. Düşündüm ki, faydalı olmaq üçün bir sahədə çalışmaq lazımdır. Axı, mən həmişə demişəm, mən telejurnalist-aparıcıyam, aktrisa deyiləm. Düşündüm ki, bütün gücümü sevdiyim işə həsr edim. Məlum məsələ, bizdə seriallarda böyük pullar yoxdu. Bir sözlə sevdiyim işlə məşğul olmaq istəyirəm. Bu, məncə ən düzgünüdür".