"Çox xoşbəxtəm ki, müğənniyəm. Arzuladığım həyatı yaşayıram".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Ona qalsa" verilişində deyib. Sənətçi xoşbəxt olmasından bəhs edib. O bildirib ki, uşaqlıq arzusuna çatıb:

"Uşaqlıqdan arzum ancaq bu olub. Hər zaman səhnədə olmaq istəmişəm. 15 ildir peşəkar səhnədəyəm. Xoşbəxtliyimi sözlə ifadə edə bilmirəm. İnsanların sevgisini maddiyatla almaq mümkün deyil. Ona görə də çox dəyərlidir".



                 

Xəbər lenti