“Netflix” yayım şirkəti koronavirusla bağlı sənədli serial lentə alıb.

Axşam.az xəbər verir ki, “Epidemiya: Yayılmanın qarşısını almaq” adlı ekran əsərinin 6 bölümünü şirkət yanvarın 21-də yayımlayıb.

Sənədli serialın süjet xəttində Çində yaranan və başqa ölkələrə sürətlə yayılan virusa görə, insanlar arasında yaşanan çaxnaşma, qorxu və onu aradan qaldırmaq üçün hazırlanan vaksinlərdən bəhs olunur.

"Netflix” bu ekran işi ilə ictimaiyyətin məlumatlandırılmasını və diqqəti qlobal problemə doğru yönəldilməsini istəyir.

Qeyd edək ki, koronavirusa yoluxan xəstələri müalicə edən 62 yaşlı həkim Lianq Vudonq artıq dünyasını dəyişib.

Artıq Çin, Tailand, Fransa, Avstraliya, ABŞ, Cənubi Koreya, Yaponiya, Rusiya kimi ölkələrə də yayılan virus nəticəsində 41 nəfər dünyasını dəyişib.



                 

Xəbər lenti