Ötən gün Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Axşam.az Nazirliyin saytına istinadən xəbər verir ki, sənətkarın adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunan tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də biznes nümayəndələri iştirak ediblər.

Xatirə gecəsində Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artistlər Aygün Zeynalova, Fəxri Kazım-Nicat, Aynur İsgəndərova və digər sənət adamları Rəşid Behbudovun repertuarından mahnılar ifa ediblər.



                 

Xəbər lenti