Müstəqil Şah Mat bu dəfə "Azdrama" teatrında

Müstəqil Şah Mat bu dəfə "Azdrama" teatrında
549 dəfə oxunub
  • A-
  • A
  • A+

Müstəqil Şah Mat Teatrı yanvarın 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində dünya şöhrətli fransız yazıçısı Viktor Hüqonun “Ölüm məhbusunun son günü” əsərinin motivləri əsasında “Edama məhkumun son günü” adlı tamaşası nümayiş olunacaq.

Axşam.az Nazirliyin saytına istinadən xəbər verir ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə nümayiş ediləcək.

Tanınmış yazıçı-şair Salam Sarvanın tərcüməsi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Səbinə Abutalıbzadır.

Psixoloji dram janrında hazırlanan tamaşada teatrın istedadlı aktyoru Anar Bulut çıxış edəcək.