“Siqaret çəkir, içki içir, sonra ərə gedib xəstə uşaq doğur”

“Siqaret çəkir, içki içir, sonra ərə gedib xəstə uşaq doğur”
2400 dəfə oxunub
  • A-
  • A
  • A+
“Məclisdə 8-10 xanım əyləşir. Qızlar yeyir-içir əylənir. Başqa masalar kənardan baxır, onlar da biri-birilərinə badə vuraraq sağlıq deyirlər. Elə şeylər var ki, bəzi xanımların özləri də bu halların baş verməyini istəmirlər”.

Axşam.az xəbər verir ki, bu sözləri “Səhər-səhər” verilişində müğənni İzzət Bağırov deyib.

Sənətçi qadınlarda bəyənmədiyi xüsusiyyətləri açıqlayıb. İzzət içki içib, siqaret çəkən qadınları tənqid edib:

“20-25 yaşında gənc xanım siqaretdən, içkidən istifadə edir. Daha sonra evlənir və xəstə uşaq dünyaya gətirir. Əvvəlini fikirləşmirlər ki, bu səbəbdəndir”.

O, saçını boyayan kişi həmkarlarına da münasibət bildirib:

"Bəzi kişilərdə görmək istəmədiyimiz hallar var. Bəzilərinin geyimini, danışığını, saçını boyamasımı bəyənmirik. Kişinin saçını boyamasına pis baxmıram, amma heç vaxt boyamaram. Qara boyanı vururlar çıxırlar efirə ki, qəşəg görünsün. Onsuzda bilinir ki, bu sənin deyil. Üzlərinə nə qədər botoks doldururlar”.