Zəlzələ günü paylaşdığı foto insanları özündən çıxartdı

Zəlzələ günü paylaşdığı foto insanları özündən çıxartdı
5737 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Alişanın həyat yoldaşı, aktrisa Buse Varol Türkiyədə zəlzələ baş verən sosial mediada şəklini paylaşıb.

Axşam.az xəbər verir ki, xeyli sayda insanın ölümünə və yaralanmasına səbəb olan, Türkiyədə hər kəsin kədərləndiyi bir gündə Busenin öz fotosunu sosial mediada yayması izləyiciləri qəzəbləndirib.

Sosial şəbəkə istifadəçiləri aktrisanın fotosunun altına "Heç olmasa, bu gün belə şəkillər paylaşma, insanlar kədər içində", "Heç yaraşdırmadıq sənə bu hərəkəti", "Bu gün vacib idi bu şəkil?" kimi tənqidi fikirlər yazıblar.

Varol şərhlərdən sonra şəkli səhifəsindən silib.