Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Xatirə İslam "Şən bazar" verilişinin qonağı olub.

Axşam.az xəbər verir ki, duet ortaqları aralarında müqavilə imzalandıqlarını söyləyib.

Vasif "Müqavilə var, kim pozsa, 50 min dollar ödəyəcək. Notariusda təsdiqlənib" sözlərini deyib.

Xatirə Vasiflə duetdən sonra çoxlu təkliflər aldığını bildirib:

"Oğlan dostlarımız var, gəlirlər ki, əla mahnıdır, ancaq səninlə duet oxuya bilərəm. Deyirəm ki, gərək məni başa düşəsiniz, olmaz. Kim mənimlə oxumaq istəyirsə, 50 min cəriməni ödəsin, sonra oxuyum".



                 

Xəbər lenti