Gecədə beş mükafat alıb “Qremmi” tarixinə keçdi - Fotolar

Gecədə beş mükafat alıb “Qremmi” tarixinə keçdi - Fotolar
1261 dəfə oxunub
  • A-
  • A
  • A+

Musiqi dünyanın nüfuzlu mükafatlarından sayılan “Qremmi” ötən gün Los-Ancelesdə sahiblərinə verilib.

Axşam.az xəbər verir ki, aparıcılığını amerikalı müğənni Alisia Keysin etdiyi tədbirin açılışında helikopter qəzasında həyatını itirən basketbolçu Kobe Brayantdan bəhs edilib.

Gecədə dörd mükafat qazanan 18 yaşlı Billi Ayliş damğa vurub. O, 5 nominasiya üzrə qalib olub. Bundan başqa, ən böyük dörd mükafatı qazanan ilk qadın və ən gənc müğənni olaraq tarixə düşüb.

“Qremmi”də mükafat qazananların siyahısını ixtisarla təqdim edirik:

“İlin səs yazısı”, “İlin mahnısı” - “Bad guy” - Billi Ayliş

“İlin albomu”, “Ən yaxşı pop vokal albomu” – “When We All Fall Asleep, Where Do We Go?” - Billi Ayliş

“Ən yaxşı sənətçi” - Billi Ayliş

“Ən yaxşı rep performansı” - “Higher” - DJ Khaled ft. Nipsi Hasl, Con Legend

“Ən yaxşı solo pop performansı” - “Truth Hurts”- Lizzo

“Ən yaxşı soundtrek”, “Ən yaxşı film mahnı sözü” (I'll Never Love Again) - “A Star Is Born” - Ledi Qaqa və Bredli Kuper

“Ən yaxşı serial soundtreki” - Çernobıl serialı

“Ən yaxşı ənənəvi R&B performansı” - “Jerome” - Lizzo

“Ən yaxşı Latın albomu” - “El disco” - Alehandro Sanz

“Ən yaxşı klip” – “Old Town Road” – Lil Nas X və Billi Rey Sayrus

“Ən yaxşı film musiqisi” – “Homecoming” - Beyons