Aylıq tsikl zamanı ağrıları necə aradan qaldırmaq olar?

Aylıq tsikl zamanı ağrıları necə aradan qaldırmaq olar?
4668 dəfə oxunub
  • A-
  • A
  • A+
Qadınların əksəriyyəti aylıq tsikl ərəfəsini çox ağır keçirir: güclü ağrı, ürəkbulanma, iştahsızlıq, halsızlıq, baş ağrısı… Həmin ərəfədə dərman qəbulu orqanizm üçün heç də xeyirli deyil.

Axşam.az xəbər verir ki, dərmana ehtiyacın qalmasın deyə, bir çox qaydalara əməl etməlisiniz. Aşağıdakıları etsəniz, aylıq tsiklı ağrısız və rahat keçirə bilərsiniz:

1. Aylıq tsiklə 1 həftə qalmış şorabalardan imtina edin. Həmin ərəfədə cəfəri, mərəcüyüd, quşüzümü yeyin.

2. Çoxlu meyvə, tərəvəz və dəniz məhsulları yeyin.

3. Ağrı orqanizmdə kalsium çatışmazlığından yaranır. Buna görə də çoxlu ağartı məhsulları qəbul edin.

4. Aylıq tsikl ərəfəsində qətiyyən kofe və spirtli içki içmək olmaz.

5. Çoxlu şokolad yemək məsləhətdir.

6. Yüngül aerobika ilə məşğul olun. İdmanla məşğul olanda orqanizmdə çoxlu rahatlıq hormonu inkişaf edir.

7. Üzüstə uzanmayın. Yaxşı olar ki, çox hərəkət edəsəniniz.