Xəstəliyi Madonnaya aman vermir

Xəstəliyi Madonnaya aman vermir
1926 dəfə oxunub
  • A-
  • A
  • A+

“Madame X” turnesi çərçivəsində Bostonda üç, Lissabonda isə bir konsertini ləğv edən dünya şöhrətli ifaçı Madonna bu dəfə Londondakı çıxışını təxirə salıb.

Axşam.az xəbər verir ki, 61 yaşlı sənətçi Londonda yerləşən “London Palladium”da verəcəyi 15 konsertdən ilkini ləğv edib və buna görə tamaşaçılardan üzr istəyib.

“Londondakı konsertimi təxirə saldığım üçün çox üzgünəm. Hamınızın bildiyi kimi turnenin əvvəlində narahatlıq keçirdim. Bədənimə istirahət, sağlamlığıma fikir verməliyəm” deyə, müğənni bildirib.

Qeyd edək ki, Madonna hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlamasa da, ağrılarının sərt olduğunu bildirib.