Azərbaycanın 170 yaşlı ilk apteki - Fotolar

Azərbaycanın 170 yaşlı ilk apteki -  Fotolar
2948 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan ərazisində ilk apteki 1850-ci ildə yaradılıb.

Axşam.az “Medicina.az”a istinadən xəbər verir ki, aptekin yaranma tarixi 19-cu əsrə dayanır. Həmin dövrdə Salyan qəzasının, indiki Neftçala rayonunun Tatarməhlə kəndi ərazisində fəaliyyət göstərən və "Allah mədəni" adlanan məşhur balıqçılıq müəssisəsində yanğın baş verib.

Yanğından sonra 1841-ci ildə vətəgələr xəstəxana, inzibati idarə və yaşayış sahələri ilə birlikdə Bankəyə köçürülür. O vaxtlar yayılmış vəba, taun kimi xəstəliklərin balıqçılar arasında yayılmasının qarşısını almaq üçün zəruri tədbirlər görülürdü.

Bunun nəticəsində, Azərbaycanda ilk aptek 1850-ci ildə Salyan qəzasında, indiki Neftçala rayonunun Bankə qəsəbəsində balıqçı gəmisində yaradılıb. Şəraiti ilə əlaqədar olaraq, sonralar həmin aptek, Bankə balıq vətəgəsinin binasına köçürülüb.

Həmin fotoları təqdim edirik: