Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi Tvitter səhifəsində helikopter qəzasında 13 yaşlı qızı ilə birlikdə dünyasını dəyişən əfsanəvi basketbolçu Kobi Brayantla bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, o, basketbolçunun ölümü ilə bağlı bunları yazıb:

“Saysız-hesabsız idmançıya basketbolu sevdirən əfsanə Kobi Brayantın ölümünə görə dərin kədər hissi duyuram. Bir basketbolsevər və Türkiyə Prezidenti olaraq onun ailəsinə və sevənlərinə dərin üzüntümü çatdırır, başsağlığı verirəm”.



                 

Xəbər lenti