Evdəki ərzaqlarla təbii maskalar

Evdəki ərzaqlarla təbii maskalar
4966 dəfə oxunub
  • A-
  • A
  • A+
Ev şəraitində də dərimizə qulluq etmək mümkündür. Bunun üçün evdə olan ərzaqlardan istifadə etmək kifayətdir.

Axşam.az dərinizi nəmləndirmək və qara nöqtələri təmizləmək üçün iki fərqli maskanı təqdim edir.

Dərinizi nəmləndirən banan maskası:

1 ədəd bananı, 1 yemək qaşığı bal və 10 damcı limon suyu ilə qarışdırın. Məhlulu 15 dəqiqə üzünüzdə saxladıqdan sonra ilıq su ilə yuyun.

Qara nöqtələr üçün portağal maskası:

1 çay qaşığı portağal şirəsi ilə 2 çay qaşığı sodanı qarışdırıb, 15 dəqiqə üzünüzdə saxlayın. Maskanı dərinizdən ilıq su ilə masaj edərək təmizləyin.