“Simpsonlar”da koronavirus və Kobe Brayantın ölümü - Fotolar + Video

“Simpsonlar”da koronavirus və Kobe Brayantın ölümü - Fotolar + Video
19005 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın bütün dünyada maraqlı izlənən ən uzun cizgi serialı “Simpsonlar” səhnələri ilə yenidən gündəmə gəlib.

Axşam.az xəbər verir ki, illər öncə çəkilən serialda gələcəkdəki hadisələrin yer alması insanları çaşqınlığa uğradır.

İndi isə “Simpsonlar” ekran işində yer alan Kobe Brayantın olduğu helikopter qəzası və Çindən gələn hədiyyə qutularından Amerikaya yayılan keçici xəstəlik görüntüləri ilə diqqət çəkib.

Qeyd edək ki, bundan öncə serialda Donald Trampın Prezident seçilməsi, Səudiyyə Ərəbistanında verilən kürə pozu, Notr Damm kilsəsinin yanması, Ebola virusu, 11 sentyabr hadisələri, “Walt Disney” şirkətinin “20th Century Fox” şirkətini alması, ağıllı telefonların icad edilməsi, Ledi Qaqanın “Super Bowl”dakı çıxışı və s. hadisələr əks etdirilib.

Onu da bildirək ki, “Simpsonlar”ın bölümlərinin birində D.Trampın öldüyü kadrlar yer alıb.