Arif Quliyevin xanımı və nəvələri - Fotolar

Arif Quliyevin xanımı və nəvələri -  Fotolar
2401 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Arif Quliyev bu dəfə ailəsi ilə kamera qarşısına keçib.

Axşam.az xəbər verir ki, "Evdəkilərə salam" verilişini evində qonaq edən aktyor həyat yoldaşı Gülzarla sualları cavablandırıb. O bildirib ki, 42 ildir ailəlidir:

"Tibb texnikomunda konsertə getmişdim. Zalda hamı gülürdü, təkcə Gülzardan başqa. Diqqətimi çəkdi, onu tapdım, elçi getdik və ailə qurduq".

A.Quliyev dörd nəvəsi olduğunu bildirib. O, nəvələrinin aktyor olmasını istəmədiyini söyləyib.

Aktyor oğlunun da bu peşəyə yiyələnmədiyini açıqlayıb:

"Oğlum incəsənəti bitirib. Amma bu sahədən uzaqdır. Tam başqa işdə işləyir".