“Ən məşhur stilistlərdə səhv tuturam” - Zamiq

“Ən məşhur stilistlərdə səhv tuturam” - Zamiq
12127 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Zamiq Hüseynov geyim seçimlərindən söz açıb.

Axşam.az xəbər verir ki, ifaçı bu barədə “X maqazin” verilişində danışıb.

“Hər tərzdə geyinirəm. Amma bəzi hallarda deyirlər ki, libaslarımı daha çox yaşlı təbəqə geyinir. Görürəm ki, hamı geyim tərzimi bəyənir. Hər dəfə nə cavab verəcəyimi bilmirəm. Bu, istedaddır. Hər adam geyinməyi bacarmır. Həmişə dəyişmək istəyirəm. Məni bəyənməyənlər çox olub. Ancaq onlar mənə maraqlı olmayıb. Hər kəsi izləyirəm, iradlarım da olur. Ən məşhur stilistlərin ərsəyə gətirdiyi libaslara irad tuturam” deyə, Zamiq bildirib.