Koronavirusa görə "Semaşko"da saxlanılanlarla bağlı nazirlikdən açıqlama

Koronavirusa görə "Semaşko"da saxlanılanlarla bağlı nazirlikdən açıqlama
5547 dəfə oxunub
  • A-
  • A
  • A+

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri Kliniki Tibbi Mərkəzə yerləşdirilən xəstələrlə bağlı məlumat yayıb.

Axşam.az xəbər verir ki, fevralın 6-sı üçün yoluxucu xəstəliklər şöbəsində 6 nəfər qalıb. Xəbərdə bunlar qeyd edilib:

"Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bir daha qeyd edirik ki, həmin insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. Azərbaycana tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar".