Tamaşadakı performansı ilə diqqət çəkdi - Fotolar

Tamaşadakı performansı ilə diqqət çəkdi - Fotolar
935 dəfə oxunub
  • A-
  • A
  • A+

Yuğ Dövlət Teatrında “Mənəm, mən...” tamaşasının növbəti nümayişi baş tutub.

Axşam.az xəbər verir ki, İmaddəddin Nəsimiyə həsr olunmuş tamaşada Seyid Əli Şamlı obrazını canlandıran aktyor Ziya Ağa oyunu ilə diqqət çəkib.

Mistik-psixoloji dram kimi təyin olunan səhnə əsərində Xalq artisti Məmməd Səfa, Əməkdar artist Qasım Nağı, aktyorlar Əbdülqəni, Vüqar Hacıyev, Elgün Həmidov, Amid Qasımov və Elşən Əsgərov çıxış ediblər.

1 saat 35 dəqiqə davam edən tamaşa mütəxəssislər və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Onlar performanslarına görə dəqiqələrlə alqışlanıb.

Qeyd edək ki, yazıçı, dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşcu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, platsik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır.

Foto: Pərviz Hüseyn