Toy günü Aynişanın başına iş gəldi

Toy günü Aynişanın başına iş gəldi
13886 dəfə oxunub
  • A-
  • A
  • A+
"Oğlan toyunda qız toyundan təmamilə fərqli obrazda oldum. Əslində bu tərz heç ağlıma belə qəlməmişdi və ümumiyyətlə başqa bir gəlinlik hazırlanmışdı. Son anda yaşadığımız texniki problemlərə görə toya bir neçə saat qalmış qaçdıq gəlinlik donu axtarışına".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın bir neçə gün əvvəl gəlin köçən bloqqer qızı Aynişan Quliyeva sosial şəbəkədə yazıb. Toy günü gəlinlik paltarında problem yaranan Aynişan başına gələn hadisədən bəhs edib:

"Heç şişirtmədən necə var, elə də yazacam. Rəfiqələrimin məsləhəti ilə başqa bir gəlinlik evinə getdik. Geyimi seçdim, amma bədən quruluşuma oturtmaq əslində bir neçə gün tələb edirdi. Onu isə bütün işçilər yığışıb bir saata həll etdilər. Hər problem bitmiş halda evə qayıtdım. Anam deyir ki, yaxşı ki, mənə demədin, yoxsa, infarkt keçirərdim".

Qeyd edək ki, fitnes müəllimi Kənanla ailə quran Aynişanın oğlan toyu fevralın 8-də Ağcabədidə olub.