İlham Əliyevdən muzeylə bağlı sərəncam

İlham Əliyevdən muzeylə bağlı sərəncam
859 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Axşam.az xəbər verir ki, sərəncama əsasən, AMEA Mədəniyyət Nazirliyi ilə birlikdə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

2020-ci ildə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi tamam olur.