Deyirlər ki, toy olacaq!

Deyirlər ki, toy olacaq!
1444 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalqı xalq edən onun milli adət-ənənələridir. Milli adət-ənənələr, mərasimlər xalqımızın milli sərvətidir və xalqın irsinin, milli mənəviyyatının, mədəni simasının təzahürüdür.

Xalqımızın milli-estetik dəyərlərin tərənnümçüsü olan toy kimi gözəl adəti var. Toy hər bir xalqın milli-etnik davranış normalarını, vərdişlərini, ailə-məişət etikasını varislik baxımından yaşatmaqla yanaşı, xalqın bədii yaradıcılığının mənbəyi kimi də böyük əhəmiyyətə malikdir.

Axşam.az xəbər verir ki, Azərbaycan Milli İncəsənət Muzeyi hər kəsi xalqımızın  nəsildən-nəsilə keçərək bu günə qədər gəlib çatmış milli adət-ənənələrini müzakirə etməyə, eləcə də  toy atributikası, geyimləri, zinət əşyaları ilə yaxından tanış olmağa dəvət edir. Qonaqlar bu əski ənənəmiz barədə onları daim maraqlandıran sualları birbaşa etnoqraf-alim Solmaz Məhərrəmovaya yönəldə biləcəklər.

Tədbir 13 fevral 2020-ci il, saat 18.00-da Azərbaycan Milli İncəsənət Muzeyində keçiriləcəkdir.

Giriş sərbəstdir.