“Nağıllar aləmində” tamaşası nümayiş olunacaq

“Nağıllar aləmində” tamaşası nümayiş olunacaq
360 dəfə oxunub
  • A-
  • A
  • A+

Şuşa Dövlət Musiqili Dram Teatrı həftəsonu uşaqların görüşünə maraqlı tamaşalarla gəlir.

Axşam.az “AzərTac”a istinadən xəbər verir ki, teatr fevralın 13-də və 16-da A.Babayevin “Nağıllar aləmində” tamaşasını təqdim edəcək.

Tamaşanın əsas obrazı dəcəl qız uşağı İlkanədir. Səhnə əsərində müxtəlif xalqların nağıl qəhrəmanları öz ölkələrinin mədəniyyətindən və tarixindən danışır. Tamaşa boyunca aktyorlar uşaqlarla ünsiyyətdə olacaq.

Fevralın 15-də nümayiş olunacaq “Danışan gəlincik” tamaşası Abdulla Şaiqin eyni adlı əsəri əsasında hazırlanıb. Tamaşa maraqlı musiqiləri və əyləncəli məqamları ilə uşaqları darıxmağa qoymayacaq. Aktyorların tamaşa boyunca ara-sıra səhnədən enərək uşaqlarla rəqs etmələri isə onların əyləncəsinə başqa bir rəng qatacaq.

Hər iki səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimovdur.