Müslüm Maqomayevə həsr edilən konsert keçiriləcək

Müslüm Maqomayevə həsr edilən konsert keçiriləcək
490 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvada, Dövlət Kreml Sarayında Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keçiriləcək.

Axşam.az xəbər verir ki, Azərbaycanın və Rusiyanın dünyaşöhrətli müğənni və bəstəkarı, SSRİ-nin Xalq artisti Müslüm Maqomayevə həsr olunan konsert martın 14-də Dövlət Kreml Sarayında təşkil ediləcək.

Moskvanın “Russkaya filarmoniya” simfonik orkestri və “XXI əsrin tenorları” art-layihəsi əfsanəvi müğənni və bəstəkara həsr olunan xüsusi proqram hazırlayıblar. Həmin axşam Müslüm Maqomayevin repertuarından mahnılar səslənəcək.