Xatun "anakonda" adlandırdığı Natavanla barışdı - Video

Xatun "anakonda" adlandırdığı Natavanla barışdı -  Video
1258 dəfə oxunub
  • A-
  • A
  • A+
Şou-biznesin daha iki küsülü müğənnisi barışıb.

Axşam.az xəbər verir ki, bu dəfə sənətçilər Natavan Həbibi və Xatun Əliyeva aralarındakı soyuqluğa son qoyublar. Onların barışığı isə vizajist Nigar İbrahimovanın qızı Selcanın ad günündə baş tutub.

Şəhər restoranlarından birində gerçəkləşən gecəyə dəvət olunan müğənnilər arasında Natavan və Xatun da yer alıblar. Onlar gecədə mahnılar səsləndiriblər.

Natavan "Damlalar" mahnısını oxuyan zaman Xatun rəqs edə-edə onun qarşısına gəlib. Beləcə, ifaçılar aralarındakı incikliyə son qoyublar.

Qeyd edək ki, sənətçilər arasındakı qalmaqala Xatunun "ATV maqazin onlarla" verilişindəki açıqlaması səbəb olmuşdu.

"Natavan deyir ki, mən qızılam, brilyantam, məni istəyin. Hər nöqsanımla, aqresiyamla, süni gülüşlərimlə məni qəbul edin. Axı elə deyil. Çox qeyri-səmimidir və onunla danışmıram. Əmr verən hərəkətlər edir: ”Otur yerində”. Şou-biznesin qırığına da, bütövünə də canım qurban. Allah adamı yarımçığından qorusun. Bir dəfə Natavanla aramızda soyuqluq olmuşdu, özü barışdı. Onu başa düşmürəm, məcbur da deyiləm, istəmirəm də. Mənə uşağıyammış kimi davranmağı lazım deyil. Natavan, Səidə, Kərim, Ramal və mən qruplaşma yaratmışdıq. Natavan da orada "anakondalıq" edirdi. Mən də dedim ki, otur yerində. Allah köməyi olsun" deyə, Xatun söyləyib.