Türkiyəli bloqqer Ermənistana gedib Xocalı barədə suallar verdi - Video

Türkiyəli bloqqer Ermənistana gedib Xocalı barədə suallar verdi - Video
3611 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur türkiyəli bloqqer Ruhi Çenet Ermənistana səfər edib.

Axşam.az xəbər verir ki, bloqqer səyahəti zamanı müxtəlif çətinliklərlə üzləşib. Polislər çəkilişlər zamanı onu dəfələrlə saxlayıb və işinə əngəl törətməyə çalışıblar.

O, ermənilərə Xocalı faciəsi və türklərə qarşı münasibətləri barədə suallar ünvanlayıb.

Videoda diqqət çəkən digər məqam isə Ermənistanda insanların kasıb həyat tərzi olub. Bloqqer bildirib ki, özünü 2000-ci illərdə yaşayırmış kimi hiss edib.