“Whatsapp”da onu tapmışam”

“Whatsapp”da onu tapmışam”
2489 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bir ara filmləri çox tənqid edirdik, indi deyirik ki, kaş nəsə olaydı, tərifləyərdik. Fərdi olaraq hər kəs cəhd edir. Ümumi film bazarı diriləcəkmi? Çox böyük sualdır”.

Axşam.az xəbər verir ki, bu sözləri tədbirlərin birində jurnalistlərə açıqlamasında aktyor Elməddin Cəfərov deyib.

Bir neçə gün öncə səhhətində problem yaranan sənətçi bu barədə açıqlama verib:

“Eşitmə qabiliyyətimdə problem yaranmışdı. Qulağım şişmişdi, iltihab yaranmışdı. Tutulmuşdu, iki proseslə yoluna qoydular. Bu gün ayağa qalxmışam. Duran kimi də tədbirə gəldim”.

“Ailəmiz” serialını ərsəyə gətirən E.Cəfərov onlara gələn rəylərdən söz açıb:

“Bu dəfə özüm çəkilmirəm. Amma müsbət rəylər alırıq. Televiziyadakı reytinqləri çox yaxşıdır, lakin sosial media ilə bağlı o sözü hələki deyə bilmərəm. İnşallah əla olacaq”.

Sənətçi türkiyəli aktyorlarla birgə rol aldığı “Çat kapı aşk” filmindən sonra başqa ekran işinə çəkilmək istəmədəyini söyləyib:

“Türkiyədə filmə çəkilmək əladır. Amma özümüzdə daha yaxşıdır. Canlarımızdır, paylaşımlarımda onları unutmuram. Paylaşım deyəndə ki, sosial şəbəkədə yoxam. Bir “Whatsapp”da “status” deyə bir yer var, onu tapmışam, ancaq orada paylaşım edirəm (gülür - red)”.