Konsertinə musiqisiz və işıqsız davam etdi - Video

Konsertinə musiqisiz və işıqsız davam etdi -  Video
1103 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı müğənni Madonna “Madame X” turnesi çərçivəsində Londonda verdiyi konsertdə musiqi və işıq olmadan da tamaşaçıları coşdura biləcəyini sübut edib.

Axşam.az xəbər verir ki, saatlar 23:00 göstərərkən gözlənilmədən “Palladium” sarayının işıqları söndürülüb və pərdələr qapadılıb. Təşkilatçılar bununla ifaçıya konsertin başa çatdığını xatırlatmaq istəyiblər.

Lakin pərəstişkarlarının Madonna deyə çağırışı onu yenidən səhnəyə qaytarmağa vadar edib. Pərdəarxasından çıxan ifaçı musiqisiz və mikrafonsuz sevənlərini əyləndirməyə davam edib.