"Əvvəl sanballı müğənnilər efirə çıxardı"

"Əvvəl sanballı müğənnilər efirə çıxardı"
907 dəfə oxunub
  • A-
  • A
  • A+
"Əvvəl senzura var idi, bayağı mahnılar, ara müğənniləri efirə buraxılmırdı. Efirə sanballı ifaçılar çıxırdı".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elçin Cəfərov "Şou ATV" proqramında söyləyib. Bayağı mahnılardan danışan ifaçı onların aktual olmasında sosial şəbəkələri günahlandırıb.

Elçin bildirib ki, hazırda məşhur olmaq üçün ara müğənnilərinə efirə çıxmaq vacib deyil:

"İndi bunun qarşısını almaq mümkün deyil. Çünki "Youtube", İnstaqram və Facebook var, onlar özlərini reklam edirlər. Belə müğənnilər özləri də efirə ehtiyac duymurlar".