Ramiz Rövşən sevənləri ilə görüşdü - Video+Fotolar

Ramiz Rövşən sevənləri ilə görüşdü -  Video+Fotolar
906 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq şairi Ramiz Rövşən sevənləri ilə bir araya gəlib.

Axşam.az xəbər verir ki, o, bu dəfə "Sherifzade art center"də keçirilən tədbirə qatılıb. Şairə həsr olunan gecədə onu sevənlər toplaşıblar.

Modelyer Elnarə Bəkirova və aktrisa Zümrüd Qasımovanın təşkilatçılığı ilə keçirilən tədbirdə R.Rövşənin dekabrda olan ad günü də qeyd olunub.

Şair sevənlərinin suallarını cavablandırıb, onlara yaradıcılığından danışıb və şeirlərini səsləndirib. R.Rövşən ailəsindən, dünyasını dəyişən qardaşından bəhs edib.

Gecədə bəstəkar Vaqif Gərayzadə də yer alıb.