“İstəyirəm Mel Gibson ərim olsun” - Məşhurlarımızın Sevgililər günü arzuları

“İstəyirəm Mel Gibson ərim olsun” - Məşhurlarımızın Sevgililər günü arzuları
3237 dəfə oxunub
  • A-
  • A
  • A+

14 Fevral - Beynəlxalq Sevgililər günündə məşhurlarımıza sual ünvanladıq.

Onlar Axşam.az-ın “Xarici məşhurla sevgili olsaydınız bu şəxs kim olardı və ondan hansı hədiyyəni istəyərdiniz” sualına belə cavab veriblər.

Lətifə Soyuöz:

“İstəyərdim ki, sevgilim Tom Hardi olsun. Mənə də Mayamidə dənizkənarında ev hədiyyə etsin. Böyük və şüşəbəndi olan ev arzulayıram. Bu ev mənim haqqımdır”.

Ceyhun Əliyev:

“11-ci sinifdə olanda xəyalımdakı xanım Ququş idi. Onun mahnılarını o qədər dinləyirdim ki, elə bilirdim duet ortağıyam, onun klipindəyəm. O zaman Ququş cavan idi. Düşünürdüm kaş ki, sevgilim olardı. Hədiyyə almağı xoşlayıram. Amma onun böyüyü-kiçiyi, bahalısı-ucuzu olmur. Əgər kimsə mənə diqqət göstərirsə, sevə-sevə qəbul edirəm”.

Nigar Camal:

“Neynirəm ki, xaricini?”.

Elvin Abdullayev:

“İstərdim ki, aktrisa Meqan Foks sevgilim olsun. Sevgililər günündə məni islanmış şəkildə öpməsini istəyərdim. Bayaq danışmışam, deyir ki, “qaqa”, Sevgililər günündə Bakıya bilet yoxdur, amma çalışacam ki, 8 marta gəlim. Özü də yüz dəfə demişəm ki, mənə “qaqa” demə (gülür – red.).

Nura Suri:

“Belə düşüncələr uşaqlıqda olur. İndi başa düşürəm ki, məşhurların çoxunu istedadına, sənətinə görə uzaqdan sevmək olar. Yaxından tanıyanda məyus olmaq olar. Qəlbim boşdur. Ancaq məni sevən, dəyər verəni sevə bilərəm”.

Ayan Babakişiyeva:

“Sevgili olmaq istəmirəm, amma Ceyson Stetham adrenalin dolu filmlərə çəkilir və qəşəng maşın sürür, mən də sürəti sevirəm. İstəyərdim ki, montajlardakı kimi məni maşınla uçurtsun”.

Xatun Əliyeva:

“İstəyərdim Mel Gibson ərim olsun. Sevdiyim insanı paylaşmamaq, tək mənim olduğunu bilmək ən xoşbəxt hissdir. İdeal qadın olmaq üçün əlimdən gələni edərdim”.