Xanımlar hər zaman kişilər üçün maraqlı olub. Onlar qadınların nə düşündüyünü, nə etmək istədiyini asan başa düşməməkdə gileylənir.

Axşam.az xəbər verir ki, hər bir xanım müxtəlif xasiyyətə malikdir. Əcnəbi qadınların xasiyyətini bilmək istəyirsinizsə, aşağıdakını oxuyun:

Braziliyalı:
Braziliyalı xanımlar çox eqoist, utanmaz, açıq-saçıqlığı sevən və inadkardırlar. Əgər gecə klubunda və ya başqa bir yerdə belə xanım görsəniz, ona yaxınlaşmağa dəyməz. Əgər onu bəyənirsinizsə, gözlərinizi ona yönəldib, gülümsəyin. Braziliyalı xanımlar üçün baxışlar kifayətdir. Əgər onun da sizdən xoşu gələcəksə, özü yanınıza gələcək. Hətta yanınızda başqa xanım olsa belə, buna əhəmiyyət verməyəcək.

İspan:
Əgər ispan bir qadından xoşunuz gəlirsə, romantik hərəkətlərlə onu tez bir zamanda ələ ala bilərsiniz. İspan kişiləri qətiyyən romantik olmurlar, onların işi-gücü puldan, işdən danışmaqdır. Buna görə də ispan qadınlarının əksəriyyəti münasibətlərində romantik ab-havanın çatışmadığından şikayətlənirlər. Əgər ispan bir qadınla görüşə gedirsinizsə, qətiyyən gecikməyin. Çalışın, ona arzulanan olduğunu sübut edəsiniz.

Fransız:
Fransız qadınlarının qəlbini qazanmaq üçün keçəl olmaq vacibdir. Çünki fransız xanımları əsl kişinin keçəl olduğunu düşünürlər. Onlar daz kişiləri çox ehtiraslı, savadlı və maraqlı hesab edirlər. 

Yapon:
Deyilənə görə, yapon qadınları çox romantik olurlar. Onlar həm də əla sevgilidirlər. Yapon bir xanımla tanış olduqda onunla çox danışmağa çalışın. Beləcə, yapon xanımın sənə olan marağı və istəyi artacaq.



                 

Xəbər lenti