Övladına süd verdiyi fotosu tənqid olundu

Övladına süd verdiyi fotosu tənqid olundu
5621 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə gün əvvəl ilk övladı dünyaya gələn kök model Eşli Qrehem ana olmağın çətinliyini nümayiş etdirib.

Axşam.az xəbər verir ki, oğlu Ayzeki restoranların birində əmizdirərkən lentə aldığı fotosunu sosial şəbəkədə paylaşan 32 yaşlı model, ana olmağın həm mənəvi, həm də fiziki cəhətdən ağır olduğunu bildirib.

İzləyicilər isə onun bu şəklinə “Heç kim bunu görmək istəmir”, “Bir ana bunu sübut etməməlidir”, “Belə hallarda yorğanla örtünmək lazımdır”, “Ulduz olduğunuz üçün alqışa layiq bir şey deyil” kimi tənqid dolu şərhlər yazıblar.