Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb - Fotolar

Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb -  Fotolar
1479 dəfə oxunub
  • A-
  • A
  • A+
Fevralın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb.

Axşam.az xəbər verir ki, Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb.

Klinikada müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.