Bu il Niderlandın Rotterdam şəhərində keçiriləcək 65-ci “Euorovision 2020” mahnı müsabiqəsinin onlayn şərhçisinin kimliyi bəlli olub.

Axşam.az xəbər verir ki, ilin əsas hadisələrindən birinə çevriləcək şouda transgender, 25 yaşlı gözəllik bloggeri Nikki de Cager aparıcılıq edəcək.

Bu barədə müsabiqənin rəsmi İnstaqram səhifəsində məlumat verilib.

Qeyd edək ki, “Ahoy Arena”da keçiriləcək yarışmanın yarımfinalları mayın 12-də və 14-də, final isə mayın 16-da reallaşacaq.



Xəbər lenti