Məşhur aktyor Orlando Blumun nişanlısı, müğənni Keti Perri hamilədir.

Axşam.az xəbər verir ki, bir neçə gün əvvəl 35 yaşlı ifaçı Los-Ancelesdə Cimmi Kimmelin şousuna gedərkən paparatsilər tərəfindən görüntülənmişdi. Mərcan rəngli kostyumda olan Perrinin şişmiş qarını və düyməsinin aralı qalması diqqət çəkmişdi.

Bu günlərdə isə müğənni “American İdol” şousunun təqdimatına qatılıb. Açıq-çəhrayı və gümüşü tonlarda boş libas geyinən Ketinin bu seçimi yayılan məlumatları daha da gücləndirib.

Qeyd edək ki, cütlük bir il əvvəl nişanlanıb.



                 

Xəbər lenti