“Gözəl və Bədheybət” tamaşası nümayiş olunub

“Gözəl və Bədheybət” tamaşası nümayiş olunub
480 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 14-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında uşaqlar üçün “Gözəl və Bədheybət” tamaşası nümayiş olunub.

Axşam.az Nazirliyin saytına istinadən xəbər verir ki, tamaşa Madam Leprens De Bomonun əsəri əsasında hazırlanıb.

Quruluşçu rejissoru Anar Məmmədov olan tamaşada fərqli texnikalarda hazırlanmış kuklalardan canlı plan oyununa müxtəlif formalar tətbiq olunub.

Tamaşanın quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı isə Cahangir Zülfüqarovdur.